Təyyarə qəzasında 5 nəfər ölüb

11:21 - 8 Fevral 2017 - HADİSƏ

Argentinada kiçik təyyarə qəzaya uğrayıb. Ucnoqta.az "Report"a isitnadən xəbər veriri ki, hadisə Buenos-Ayres vilayətində, Markos Pas şəhərində baş verib. Təkmühərrikli "Cessna 201" təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir. Qəza ilə bağlı versiyaya görə, Kanyuelas şəhərindən səmaya qalxan təyyarədə nasazlıq yaranıb. Bu səbəbdən də pilot onu yerə endirməyə çalışıb. Hadisə də bu zaman baş verib.

Digər versiyaya görə, pilot təyyarəni uçuş məntəqəsinə qaytarmaq istəyib. Lakin hava maşını qəzaya uğrayıb. 

Xəbər xətti