Qazaxda baba nəvəsini güllələyib- ehtiyatsızlıqdan

11:45 - 7 Fevral 2017 - HADİSƏ

Uşağın ayağı amputasiya edilib


 Qazax rayonunda baba ehtiyatsızlıqdan nəvəsinə xəsarəti yetirib. Daxili İşlər Nazirliyinin rəsmi saytında verilmiş məlumata görə, rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb. 
 

Xəbər xətti