"Brent" markalı neftin qiyməti 55,94 dollara düşüb

11:08 - 7 Fevral 2017 - İQTİSADİYYAT

Bakı vaxtı ilə 5:40-a olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 1,56 faiz ucuzlaşıb və bir barelə görə 55,94 dollara düşüb. Bu barədə İCE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir. Eyni zamanda WTI markalı neftin qiyməti 1,15 faiz aşağı düşərək bir barel üçün 53,22 dollara bərabər olub.

Xəbər xətti