Tramp: "ABŞ donanması I Dünya müharibəsi illərindəki vəziyyətindədir"

11:05 - 7 Fevral 2017 - DÜNYA

ABŞ prezidenti və Silahlı Qüvvələrinin baş komandanı Donald Tramp ölkənin Hərbi Hava Qüvvələrinin Florida ştatındakı hərbi bazasında çıxış edib. "Report" xəbər verir ki, görüş zamanı o, Amerika donanmasının hazırda I Dünya müharibəsi illərindəki vəziyyətində olduğunu və bunu düzəldəcəyini bildirib. "Bizim donanmamız I Dünya müharibəsi zamanında olduğu həmin aşağı nöqtəsindədir. Bu çoxdan olub uşaqlar və bir daha təkrarlanmayacaq", - deyə Tramp bildirib.

Xəbər xətti