Salyanda 3 yaşlı uşaq su quyusuna düşərək boğulub

12:09 - 6 Fevral 2017 - HADİSƏ

Salyan rayonunda üç yaşlı uşaq su quyusuna düşərək boğulub. Ucnoqta.az "report"a istinadən xəbər verir ki, hadisə fevralın 4-də rayonun Pambıqkənd kəndində baş verib. Həmin kənddə yaşayan 2014-cü il təvəllüdlü Əli Mahmudov həyətlərindəki su çalasına düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti