Avtobus aşdı: 1 ölü, 40 yaralı - FOTO

11:09 - 6 Fevral 2017 - HADİSƏ

Bu gün səhər saatlarında Türkiyənin Sivas vilayətində sərnişin avtobusu aşıb. Bu barədə trend Türkiyə mətbuatına istinadən xəbər verir. İlkin məlumata əsasən hadisə nəticəsində 1 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Yaralılar xəstəxanaya çatdırılıb.


Xəbər xətti