Bakıda ZİL-ə çırpılan “Ford” yanıb

14:52 - 4 Fevral 2017 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonu ərazisində vətəndaşa məxsus “Ford” markalı minik avtomobili idarəetməni itirərək ZİL markalı yük avtomobilinə çırpılıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, nəticədə “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər xətti