Azərbaycan nefti cüzi bahalaşıb

13:29 - 4 Fevral 2017 - İQTİSADİYYAT

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,04 dollar, yaxud 0,06% artıb."Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 58,08 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti