Bakıda gənc qızı avtomobil vuraraq öldürüb

11:15 - 4 Fevral 2017 - HADİSƏ

 Bakıda hələlik kimliyi bilinməyən gənc qızı avtomobil vuraraq öldürüb. Ucnoqta.az-ın "report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, aeroport yolunda təxminən 25-28 yaşında olan hələlik kimliyi bilinməyən qızı avtomobil vurub. Nəticədə qız hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Gənc qızı vuran avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər xətti