Məhkəmə Trampın fərmanının icrasını müvəqqəti dayandırıb

10:01 - 4 Fevral 2017 - DÜNYA

 ABŞ-ın Sietl şəhər federal məhkəməsi prezident Donald Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına müvəqqəti qadağa qoyub. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Bildirilir ki, federal hakim prezidentin fərmanının icrası barədə müvəqqəti qadağanedici qərar çıxarıb. Qeyd olunur ki, məhkəmə əmri bütün ölkə miqyasında qüvvədədir.

Məhəkəmə iddiasını Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson qaldırıb. O, məhkəmənin bu fərmanları qeyri-konstruktiv hesab etməsinə nail olacağını bildirib. İddiaya Minnesot ştatı rəhbərliyi də qoşulub.

Xəbər xətti