İmişlidə 8 gün əvvəl avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

13:46 - 3 Fevral 2017 - HADİSƏ

İmişlidə avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb. Ucnoqta.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Samit Dəmirovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-21074" markalı avtomobilin sürücüsü - Bəhramtəpə qəsəbə sakini Alim Cəfərov tutulub.

Xəbər xətti