Tramp bu gün yeni fərmanlar imzalayacaq

11:02 - 3 Fevral 2017 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bu gün yeni fərmanlar imzalayacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Fərmanların mətni açıqlanmır. Qeyd edək ki, ABŞ prezidenti artıq bir neçə fərman imzalayıb. Bunlardan biri Yaxın Şərq və Afrikanın 7 ölkəsindən vətəndaşların ABŞ-a gəlişini məhdudlaşdıran fərman, digəri silahlı qüvvələrdə struktur dəyişikliklərinin aparılmasıdır. Tramp həmçinin kiber təhlükəsizlik barədə fərman imzalamaq niyyətində olub. Lakin sonradan bundan imtina edib.

Xəbər xətti