Ana səhifə
14 Noyabr 2018

Mühəndislər “Azərkosmos”da +FOTO

“Gənc Mühəndislərin  İnkişafı” İctimai Birliyinin bir qrup mühəndislik  peşəsinin  ayrı-ayrı ixtisaslarında təhsil  alan üzvləri, eləcə də  əmək fəaliyyəti  ilə məşğul olan  gənc  mühəndislər “Azərkosmos” ASC-nin  Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər ediblər.

 

 

Ucnoqta.az xəbər verir ki, RYTN-nin məlumatına görə, 13 noyabr 2014-cü ildə baş tutan səfərdə onlara “Azərkosmos”un fəaliyyəti, “Azerspace-1” telekommunikasiya peykinin istehsalı prosesi, əhatə zonası, göstərdiyi xidmətlər və iş prinsipi, ƏYPİM-dəki yerüstü sistemlərlə bağlı geniş məlumat  verilib.

Peykin idarə olunması və stansiyada müxtəlif hava  şəraitində görülən tədbirlər barədə məlumatlar iştirakçıların böyük marağına səbəb olub.

Səfərin sonunda “Gənc  Mühəndislərin  İnkişafı” İctimai Birliyinin üzvlərinə “Azərkosmos” ASC adından hədiyyələr  təqdim olunub və iştirakçılarla birgə xatirə şəkli çəkilib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.  

 

Bəhruz

 

Tarix
14 Noyabr 2014 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin