Quldurlar 8 polis əməkdaşını oğurlayıb - Meksikada

10:57 - 3 Fevral 2017 - HADİSƏ

Meksikanın mərkəzi hissəsində silahlı cinayətkarlar 8 nəfəri oğurlayıb. "Report"un məlumatına görə, bu barədə "El Universal" qəzetinin elektron versiyası xəbər verib. Məlumatda bildirilir ki, hadisə Puebla ştatındakı oteldə baş verib. Qəzetin bildirdiyinə görə, oğurlananlar federal polisin əməkdaşları ola bilər. Lakin bu xəbər hələlik rəsmən təsdiqlənməyib. Şahidlərin sözlərinə görə, quldurlar otelin polislərin qaldığı güman edilən nömrəsinə daxil olaraq onlara atəş açıblar. Nəticədə bir neçə nəfər yaralanıb. Bundan sonra cinayətkarlar onları maşınlara əyləşdirərək naməlum istiqamətə aparıblar.

Xəbər xətti