Ana səhifə
15 Dekabr 2018

“Sehrli üzük” hazırlanır

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Azərbaycan xalq nağılı “Sehrli üzük”ün motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədovun səhnələşdirməsində hazırlanan eyniadlı tamaşa ilin sonlarında balacaların ixtiyarına veriləcək. Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbənin nümayişi olacaq. Maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləcə bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.

Uşaqlara qorxmazlıq və özünə inamı tərənnüm edən tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.

 

Qeyd edək ki, tamaşada rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira  Rəhimova,  Cavid Telman oynayır.

Tarix
14 Noyabr 2014 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin