Ötən il Azərbaycanda bələdiyyələrlə bağlı 12 cinayət işi başlanılıb

14:36 - 2 Fevral 2017 - HADİSƏ

Ötən il Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində 27 müraciətlə bağlı inzibati araşdırmalar aparılıb. Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, onlardan 9-u nöqsan xaratkerli, 3-ü isə maliyyə əməliyyatlarının pozulması ilə bağlı olub. Maliyyə ilə bağlı vurulmuş ziyan təmin edilib. Bundan başqa, 18 müraciət əsasında aparılan araşdırmalar zamanı çox ciddi qanun pozuntuları aşkarlanıb və onlara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib: “2016-cı ildə ümumilikdə 58 iş istintaq orqanına göndərilib. 12 faktla bağlı cinayət işi başlanılıb, 1 halda məhkəmənin qanuni qüvvəyə mindiyi hökmü var”. Hesabatda qeyd olunub ki, ötən il Bələdiyyələrlə iş Mərkəzinə ümumilikdə, 538 müraciət daxil olub və onlardan 126-sı təmin edilib.

Xəbər xətti