Dövlət Komissiyası: "Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür"

14:33 - 2 Fevral 2017 - ÖLKƏ İÇİ

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Bu barədə Dövlət Komissiyasından bildirilib.

“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə, Komissiyanın məlumatında bildirilib.

Xəbər xətti