İsmayıllıda 52 yaşlı kişi intihar edib

11:37 - 2 Fevral 2017 - HADİSƏ

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Cülyan kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Sidqi oğlu Bəbirov yaşadığı evdə sirkə turşusu içərək canına qəsd edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti