Ağdaşda ev yanıb, 89 yaşlı ev sahibi yanaraq ölüb

16:27 - 1 Fevral 2017 - HADİSƏ

Ağdaş rayonunda yanğın hadisəsi baş verib. APA-nın xəbərinə görə, yanğın saat 15.30 radələrində Qarağan Sədi kəndində qeydə alınıb.Kənd sakini, 1928-ci il təvəllüdlü Mustafayev Səftər Mustafa oğluna məxsus ev tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvəsi cəlb olunub.
Yanğının yayılmasının qarşısı alınıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti