Ən yüksək maaşlı iş həkim-terapevt peşəsidir

11:18 - 1 Fevral 2017 - MARAQLI

Amerikanın iri şəhərlərində ən yüksək maaşlı iş həkim-terapevt peşəsidir. "Report" xəbər verir ki, bu barədə "Glassdoor" şirkətinə istinadən CNBC məlumat yayıb. Analitik şirkətin məlumatına görə, ABŞ-ın böyük şəhərlərində can həkimlərinin orta aylıq əməkhaqlarının 51,36 min dollara çatmasına baxmayaraq, onlar adətən ildə 237,87 min dollar qazanırlar. Yüksək ödənişliliyinə görə ikinci yeri illik gəliri 102,29 min dollar olan vəkil peşəsi tutur. Üçlüyü məlumatların hazırlanması və təhlili üzrə mütəxəssis peşəsi (95,91) qapayır. Vergi meneceri (92,59) və məhsul buraxılışı üzrə menecer də (91,45) yüksək gəlirli peşələrdən sayılır. Siyahıda müəllim (87,63), proqram təminatı istehsalçısı (86,53), Java-proqramçı (78,44), fizioterapevt (77,19) və layihə menecerləri (75,64) də var. "Glassdoor" şirkətinin məlumatları ABŞ-ın Çikaqo, Hyuston, Los-Anceles, Nyu-York və San-Fransisko kimi 5 iri şəhərində 60 peşədən gələn qazancın monitorinqinə əsaslanır.

Xəbər xətti