İran və Ermənistanın müdafiə nazirləri Qarabağ problemini müzakirə ediblər

11:15 - 1 Fevral 2017 - SİYASƏT

İran və Ermənistanın müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə "Iran Daily" nəşrinin məlumatında bildirilir. Qeyd olunur ki, müzakirələr erməni nazirin Tehrana rəsmi səfəri çərçivəsində baş tutub. "Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər regionda sülh və stabilliyin qorunub saxlanması üzrə səylərin mühümlüyünü, həmçinin münaqişənin hərbi həlli yolunun olmadığını vurğulayıblar", - deyə məlumatda bildirilir. O cümlədən, erməni nazir İranın regionda gərginlik və böhranların aradan qaldırılması üçün göstərdiyi səyləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində oynadığı rolu alqışlayıb.

Xəbər xətti