Tuba Büyüküstün boşanır

12:57 - 31 Yanvar 2017 - MAQAZİN

Şayiələr doğru çıxdı 

Aktrisa Tuba Büyüküstün və aktyor Onur Saylakın boşanması ilə bağlı iddialar təsdiqini tapıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük 5 il yarımlıq evliliyini bitirməyə qərar verib. Onlar boşanmaları üçün ərizələrini vəkillərinə təqdim ediblər. 
Qeyd edək ki, "Asi serialının çəkilişlərində tanış olan ikili 2011-ci ildə Parisdə evlənmişdi. Son zamanlar onların evliliyində yaranan problemin isə aldıqları serial təklifi ilə bağlı olub. 
Belə ki, əkiz qızları olan cütlük seriallara hər zaman növbəylə çəkilirdilər. Biri hansısa layihədə yer alırdısa, digəri uşaqlarla maraqlanırdı. Büyüküstün "20 dakika" və "Kara para aşk" seriallarında yer alanda əri işsiz qalmışdı. Eləcə də, Onur "Hatırla gönül"ə çəkiləndə Tuba ekranlardan uzaqlaşmışdı.
Bu il isə hər iki ulduz rədd edə bilməyəcəkləri təkliflər alınca aralarında problem yaranıb. Tuba Kıvanç Tatlıtuğla çəkiləcəyi "Cesur ve Güzel"də (hər seriyaya 120 min lirə), Onur isə Bergüzar Korel və Halit Ergençin baş rolda çəkildiyi "Vatanım sensin" serialında iştirak edir. O, hər seriyaya 30 min lirə qazanır.
İddiaya görə, razılaşa bilməyən tərəflər boşanmağa qərar veriblər.

Xəbər xətti