Şamaxı sakini intihara cəhd edib

12:50 - 31 Yanvar 2017 - HADİSƏ

Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.Şamaxı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Dağ Göylər kəndində baş verib.Rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimov Coşqun Davud oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Ailə üzvləri hadisədən tez xəbər tutduğundan, onun həyatını xilas etmək mümkün olub. C.İbrahimov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özümü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xəbər xətti