Piyadanın avtomobillə vurularaq xəstəxanada ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb

11:30 - 31 Yanvar 2017 - HADİSƏ

Ötən il piyadanın avtomobillə vurularaq xəstəxanada ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Ucnoqta.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən il dekabrın 27-də Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Lənkəran rayon sakini Boyli Məlikzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Məlahət Vəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən M.Vəliyeva yanvarın 9-da orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər xətti