Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb

10:52 - 31 Yanvar 2017 - MAQAZİN

Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evlərin birində 1933-cü il təvəllüdlü Osmanov Diley Qurbanoviçin meyiti aşkarlanıb. D.Osmanovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Meyitin üzərində hər hansı bir zorakılıq əlaməti görülməyib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti