İstanbulda narkotiklər əleyhinə əməliyyat keçirilib, onlarla saxlanılan var

10:49 - 31 Yanvar 2017 - HADİSƏ

Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin satışı əleyhinə xüsusi əməliyyat keçirilib. Bu barədə "Habertürk" məlumat yayıb. Məlumata görə, İstanbul Polis İdarəsinin Narkotik Maddələrə qarşı Mübarizə Şöbəsinin keçirdiyi əməliyyata helikopterlərlə də havadan dəstək verilib. Yerli vaxtla saat 03:00 radələrində başlanmış əməliyyat zamanı Gaziosmanpaşa və Mərkəz Məhəlləsi ünvanlarında şübhəli şəxslər üzərində axtarışlar aparılıb. Əməliyyat zamanı satış məqsədilə hazırlanmış xeyli sayda narkotik maddə aşkarlanıb. Məlumatda bildirilir ki, 100-ə yaxın şübhəli şəxs nəzarət altına alınıb.

Xəbər xətti