Antonio Banderas xəstəxanaya yerləşdirilib

10:44 - 31 Yanvar 2017 - MAQAZİN

Məşhur Hollivud aktyoru Antonio Banderas İngiltərənin Surre qraflığında xəstəxanaya yerləşdirilib. Bu barədə "Sun" xəbər verib. Məlumata görə, 56 yaşlı aktyor məşq zamanı sinəsində güclü ağrı hiss edib və təcili yardım çağırıb. Həkimlər onu xəstəxanaya aparıblar. Aktyor bir müddət həkim nəzarəti altında olacaq. Həkimlər Antonio Banderasın həyatına və sağlamlığına hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra onu evə buraxacaqlar. Qeyd edək ki, Antonio Banderas Böyük Britaniyaya 2015-ci ildə gəlib. O, Kobx şəhərindəki birailəlik evdə yaşayır. İspan aktyoru Hollivudda "Vampirlə müsahibə", "Dörd otaq" filmləri sayəsində məşhur olub. Həmçinin onun iştirakıyla çəkilmiş "Zorro Maskası", "Zorro əfsanəsi", "Casusların uşaqları" və digər filmləri xüsusi qeyd etmək olar.

Xəbər xətti