Ana səhifə
21 Noyabr 2018

Bu il ümumi daxili məhsul istehsalı 2,8 faiz artmıb

2014-cü ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artmışdır. 
 

 

Ucnoqta.az bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artmış, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8 faiz azalmışdır. 
ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür. 
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,4 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilmişdir. 
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir. 

 

Bəhruz

Tarix
14 Noyabr 2014 [20:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin