Qubada avtobusla yük maşını toqquşub - FOTO

12:32 - 30 Yanvar 2017 - HADİSƏ

Qubada yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun Zarat kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakı-Quba marşrutu ilə hərəkət edən avtobusla “KamAZ” markalı yük maşını toqquşub. İlkin məlumata görə, yük maşını avtobusu sıxışdıraraq yoldan çıxarıb. Qəza nəticəsində avtobusun sağ tərəfi əzilib, şüşələri sınıb. Qəza nəticəsində avtobusun sürücüsü Mirzəbala Cəbrayılov xəsarət alıb.


Xəbər xətti