Bakı sakini qonşusuna bıçaqla xəsarət yetirib

10:42 - 30 Yanvar 2017 - HADİSƏ

Bakı sakini qonşusunun boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. "Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, Binə qəsəbəsində 1983-cü il təvəllüdlü Osmanov Nurlan Abbas oğlu qonşusu ilə mübahisə edib. Mübahisə zamanı qonşusu (hələlik adı açıqlanmır) N.Osmanovun boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. N.Osmanov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər xətti