AŞ PA-da erməni işğalçılarının vəhşiliklərindən danışılıb

17:32 - 27 Yanvar 2017 - SİYASƏT

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması nəticəsində Azərbaycanın mədəni abidələri və məzarlıqlar dağıdılır.Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.Onun sözlərinə görə, erməni işğalçılarının vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi yox olmaq təhlükəsi qarşısındadır.
S.Fətəliyeva qeyd edib ki, ekstremizm və zorakılıqla mübarizədə qələbənin yeganə təminatı beynəlxalq dialoqdur.

Xəbər xətti