Azərbaycan Prezidenti Ukraynanın sosial siyasət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12:28 - 27 Yanvar 2017 - ÖLKƏ İÇİ

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edib. A.Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib. O, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Azərbaycanın bu sahədə əldə etdiyi uğurların böyük önəm daşıdığını deyən Andrey Reva Azərbaycanın əldə etdiyi təcrübə və nailiyyətlərin Ukraynanın sosial müdafiə sistemində həyata keçirilən islahatlar baxımından da maraq doğurduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda sosial təminat sahəsində işlərin uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısı ölkədə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sosial siyasətlə bağlı məsələlərin nizama salınması istiqamətində də böyük işlərin aparıldığını deyib. dSosial siyasətin Azərbaycanda həmişə prioritet məsələlərdən biri olduğunu və ciddi iqtisadi islahatların aparıldığı dövrdə də bu sahəyə böyük önəm verildiyini deyən Prezident İlham Əliyev kommunal xərclərin, tariflər, sosial təminat, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, pensiyalar, sosial infrastruktur və digər sahələrin maliyyələşdirilməsinin dövlət səviyyəsində həyata keçirildiyini bildirib. Görüşdə iki ölkə müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti