Merkel Türkiyəyə səfər edəcək

16:26 - 26 Yanvar 2017 - DÜNYA

 Almaniya kansleri Angela Merkel bu il fevralın 2-də Türkiyəyə səfər edəcək.“Report” xəbər verir ki, bu barədə Ulusalkanal məlumat yayıb.Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırımla görüşəcəyi gözlənilir.

Angela Merkelin Türkiyənin İncirlik hərbi bazasındakı almaniyalı hərbçilərə baş çəkəcəyi də ehtimal edilir. 

Xəbər xətti