Yuğ Dövlət Teatrında Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçiriləcək

13:42 - 26 Yanvar 2017 - Mədəniyyət

Yanvarın 27-də Yuğ Dövlət Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Söz” Ədəbi Layihəsinin və Yuğ Dövlət Teatrının birgə işi olan gecədə Mikayıl Müşfiqin şeirləri teatrın sənətçilərinin ifasında səslənəcək. 
Tədbir saat 19.00-da Azərbaycan Dövlət Kukla Teatrının binasında baş tutacaq. 

 

Xəbər xətti