AMB 50 mln. manat vəsait cəlb edib

15:25 - 24 Yanvar 2017 - İQTİSADİYYAT

 Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirib. Bu barədə "Report"a AMB-dən bildirilib. Məlumata görə, hərracda tələb 165 mln. manat olsa da, faktiki olaraq 50 mln. manatlıq resurs cəlb edilib. Bağlanılmış əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,59% təşkil edib. 

Xəbər xətti