DİN Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb

12:40 - 24 Yanvar 2017 - Xəbər

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E. Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahəliyev tutularaq, hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.

Xəbər xətti