Rəsmi işsiz statusu alanların sayı AÇIQLANIB

11:04 - 24 Yanvar 2017 - Cəmiyyət

Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən Azərbaycan üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabata bildirilir.

Hesabata əsasən, ölkədə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33,0 min nəfər olub, onların 38,1 faizini qadınlar təşkil edib. İşsiz statusu alan şəxslərdən 14 812 nəfəri məhz Bakıda yaşayanların payına düşüb.

İşsizliyə görə müavinətin orta məbləği 257,0 manat olub.

Xəbər xətti