Robert Prosineçki: "İki komandada eyni anda çalışmaq sağlam fikir deyil"

11:00 - 24 Yanvar 2017 - İDMAN

"Bursaspor"la danışıqlar apardıq. Amma Azərbaycan millisi ilə davam edən müqaviləm var. Hələ komandamı dəyişməyəcəyəm". Bu barədə goal.com-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor" klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib. Türkiyəyə getməyəcəyini bildirən xorvatiyalı mütəxəssis iki komandada çalışmağa da müsbət yanaşmır: "Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam". Qeyd edək ki, baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayıran "Bursaspor" klubunun prezidenti Ali Ay Robert Prosineçkini komandada görmək istədiklərini söyləyib. Bu səbəbdən, klubun iki nümayəndəsi dünəndən Bakıya gələrək xorvatiyalı mütəxəssislə danışıqlar aparıb.

Xəbər xətti