Avropada silah ticarəti ilə məşğul olan 245 nəfər saxlanılıb

10:56 - 24 Yanvar 2017 - Xəbər

Bir sıra Avropa ölkələrində aparılmış əməliyyat zamanı silah ticarətində şübhəli bilinən 245 nəfər saxlanılıb. Bu barədə İspaniyanın Mülki Qvardiyası məlumat yayıb. "Bosphorus" əməliyyatında Avropanın 11 ölkəsindən olan hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib. Ümumilikdə 664 ədəd silah, eyni zamanda 33 min 748 patron, əl qumbarası və səsboğucu götürülüb.

Xəbər xətti