Bəzi ərazilərdə qaz olmayacaq

17:25 - 23 Yanvar 2017 - Xəbər

 Yanvarın 24-də saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin  (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.    

Xəbər xətti