Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələyib

12:50 - 23 Yanvar 2017 - HADİSƏ

Göyçayda 11 yaşlı uşaq ehtiyatsızlıqdan həmyaşıd qonşusunu güllələyib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan 11 yaşlı Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılan atəşdən qonşusu həmyaşıdı F.Nəzərov xəsarət alıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib.
Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti