Çin doğum rekordlarını qırır

11:02 - 23 Yanvar 2017 - Cəmiyyət

2016-cı ildə Çində 17,86 milyon nəfər anadan olub. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə səhiyyə və planlı doğum üzrə Dövlət Komitəsinin nümayəndəsi Yan Vençjuan məlumat verib. Bu, 2000-ci ildən bəri ən yüksək doğum səviyyəsidir. Müqayisə üçün bildirək ki, 2011-2015-ci illərdə orta illik doğum göstəricisi bundan 1,4 milyon nəfər az olub. Çin hökuməti nümayəndələri "bir ailə - bir uşaq" prinsipindən imtinanın lap yerinə düşdüyünü və çox effektiv olduğunu qeyd edir. Qeyd edək ki, Çin demoqrafik siyasətinə 2015-ci il oktyabrın sonunda dəyişikliklər etmək qərarına gəlib. Hakim Kommunist Partiyası ailələrə iki övlad sahibi olmaq icazəsi verib.

Xəbər xətti