Adanada PKK əleyhinə irimiqyaslı əməliyyat keçirilib

10:58 - 23 Yanvar 2017 - Xəbər

Türkiyənin Adana şəhərində PKK terror qruplaşması əleyhinə irimiqyaslı əməliyyat keçirilib. "Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, asayiş keşikçiləri şəhərin küçə və məhəllələrində axtarışlar aparıb. PKK tərəfdarlarının tez-tez peyda olduqları yerə gələn Adana polisinin terror, narkotiklə mübarizə, asayiş şöbəsinin 500 əməkdaşı ərazidə zirehli texnika və silahlarla xüsusi əməliyyata başlayıb. Əməliyyatın bir neçə saat davam etdiyi bildirilir. Əməliyyat zamanı polisin 450 şəxs, 55 avtomobil, 21 motosik üzərində, habelə 45 iş yerində axtarış apardığı bildirilir. Hüquq-mühafizə orqanları tərəfindən hər hansı şəxsin saxlanılıb-saxlanılmaması barəsində məlumat verilmir.

Xəbər xətti