Almaniya polisi "Vyanalı terrorçu"nun cinayət ortağını həbs edib

10:50 - 23 Yanvar 2017 - Xəbər

Almaniya polisi "Vyanalı terrorçu"nun cinayət ortağı hesab olunan şəxsi həbs edib. Bu barədə "Deutsche Welle" məlumat yayıb. Məlumatda bildirilir ki, o, Noys şəhərində həbs edilib. Saxlanılan şəxs bir sıra cinayət əməllərini planlaşdırmaqda şübhəli bilinir. Şimali Reyn-Vestfaliyanın Kriminal Polis idarəsinin rəsmisi bildirib ki, şübhəli şəxs milli təhlükəsizliyi təhdid edirmiş. O, bir sıra ağır cinayətlər törətməyə hazırlaşırmış. Bundan əlavə,  saxlanılan şəxs Almaniya polisi və ordusunun bir sıra inzibati obyektlərində partlayışlar törətməyi planlaşdırıb. "DPA" agentliyi isə prokurorluq nümayəndəsinə istinadən "Vyanalı terrorçu"nun şübhəli şəxsin Noysdakı evində gecələdiyini xəbər verib.

Xəbər xətti