Sərhəddə Ermənistana məxsus PUA məhv edilib

15:09 - 22 Yanvar 2017 - Xəbər

Bu gün sərhəddə Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.


Xəbər xətti