Sabunçuda ev yanıb

11:02 - 22 Yanvar 2017 - HADİSƏ

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti