Bu ay Bakıda Xəzərin statusu üzrə görüş keçiriləcək

11:28 - 20 Yanvar 2017 - Xəbər

Yanvarın sonunda Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclası keçiriləcək.Ucnoqta.az-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.X.Xələfovun sözlərinə görə, bütün ölkələr iştirak edəcəklərini təsdiqləyiblər: "İşçi qrupunun bu iclası nazirlərin görüşünə hazırlıq xarakteri daşıyır".Nazir müavini qeyd edib ki, bununla yanaşı, Konvensiya layihəsinin hazırlanması üzərində iş aparılacaq, eləcə də açıq qalan məsələlər üzrə müzakirə olunacaq:"Həmçinin gündəliyə 2017-ci ildə sammitin keçirilməsinə hazırlıq məsələsinin müzakirəsi daxil edilə bilər".

Xəbər xətti