Gülyanaq 4-cü dəfə ana oldu

16:41 - 19 Yanvar 2017 - Xəbər

Xalq artisti Gülyanaq Məmmədova 4-cü dəfə ana olub. İfaçının bacısı Gülyaz Məmmədova bu haqda Axşam.az-a məlumat verib. O bildirib ki, G.Məmmədovanın oğlu dünyaya gəlib:

“Çox sevincliyəm, bacım 4-cü dəfə ana oldu. Elə Gülyanağın qayınanası neçə gün idi ki, bilet almışdı Türkiyəyə qayıtsın, amma nəvəsinin yolunu gözləyirdi ki, olsun, daha sonra getsin. Uşağın adı çoxdan müəyyənləşib. Uğur olacaq”.

Qeyd edək ki, G.Məmmədovanın daha 3 övladı var.

Xəbər xətti