Avtomobil kanala aşdı: 1 ölü, 2 yaralı - Astarada

15:08 - 19 Yanvar 2017 - HADİSƏ

Ölkənin cənub zonasında ölümlə nəticələnən ağır yol qəzası baş verib. Ucnoqta.az a24.az-a istinadən xəbər verir ki, Astara rayonunun Kijəbə qəsəbəsində rayon sakini Bəylər İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Yusif Məmmədov orada ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti