Dəhşətli faciə: 17 mərtəbəli bina çökdü - VİDEO

15:03 - 19 Yanvar 2017 - HADİSƏ

İranın paytaxtı Tehran tekstil mərkəzi sayılan Plasko binasında yanğın baş verib. Axar.az xəbər verir ki, yanğın nəticəsində 17 mərtbəli Plasko binası çöküb. Hələlik nə qədər insanın xəsarət aldığı haqqında heç bir məlumat verilmir. Hadisə yerinə Tehranda olan bütün yanğınsöndürmə və təcili tibbi yardım avtomobilləri cəlb edilib. Üstəlik, çökən binanın altında 200 yanğınsöndürənin qaldığı ehtimal edilir.

Onlarla heç bir vasitə ilə əlaqə qurmaq mümkün olmur. Çökən binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və İngiltərə səfirlikləri artıq təhlükəsizlik məqsədi ilə boşaldılıb.

***

Tehranda hündürmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Ölənlərin sayının artacağı istisna olunmur. Rəsmilərin məlumatına görə, dağıntılar altında 100-dən çox adam qalıb.

 

Xəbər xətti